Trampın sui-qəsdini proqnozlaşdıran keşişdən yeni iddia

Dünya

14.10.2025 16:47

"ABŞ-də yaxın günlərdə güclü zəlzələ baş verə bilər".

TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Oklahomadan olan keşiş Brendon Deyl Biqs proqnoz verib.

Keşişin sözlərinə görə, zəlzələ Qüdsün bölünməsi cəhdindən üç gün sonra baş verəcək:

“Rəbb mənə dedi... Üç günlük bir pəncərə görəcəksiniz. Bu, insanların qaçması üçün zamandır”, - Biqs minlərlə insanın ölümünə səbəb ola biləcək fəlakət barədə xəbərdarlıq edib.

Keşiş zəlzələnin Nyu Madrid fay xətti boyunca baş verəcəyini iddia edib:

“Proqnozlaşdırılan zəlzələ Missuri, Arkanzas, Tennessi, Kentukki və İllinoys ştatlarına təsir edəcək və ölənlərin sayı yüz minlərlə olacaq”.

Qeyd edək ki, Brendon Biqs ABŞ Prezidenti Donald Trampa qarşı edilən sui-qəsdi üç ay əvvəl proqnozlaşdırması ilə məşhurlaşıb.

Jalə Rövşən

TodayPress TV

tag: Keşiş,Donald Tramp,Zəlzələ,ABŞ,Todaypress.tv,