Meksikanın beş ştatında davam edən leysan yağışları və daşqınlar nəticəsində ölənlərin sayı 78-ə çatıb, 23 nəfər isə hələ də itkin düşmüş sayılır.
TodayPress TV xəbər verir ki, məlumatı “El Universal” nəşri yayıb.
Meksika Prezidenti Klaudiya Şeynbaum Milli Sarayda keçirdiyi mətbuat konfransında bildirib ki, hökumət İdalqo, Puebla, Keretaro, San-Luis-Potosi və Verakrus ştatlarında zərərçəkənlərə maliyyə dəstəyi göstərməyə başlayıb.
Prezident vurğulayıb ki, fəlakət bölgələrində bərpa və axtarış-xilasetmə işləri fasiləsiz davam etdirilir.
Aynur TAC
