Tramp və Meloni Putinlə mümkün görüşü müzakirə etdi

Dünya

08.08.2025 21:00

ABŞ Prezidenti Donald Tramp İtaliyanın Baş naziri Corca Meloni ilə Rusiya Prezidenti Vladimir Putinlə Romada görüş təşkil olunması ehtimalını müzakirə edib.

TodayPress TV xəbər verir ki, bu barədə “Sky News” mənbələrə istinadla məlumat yayıb.

Müzakirənin digər detalları açıqlanmayıb.

“Fox News” telekanalının məlumatına görə, Tramp və Putinin danışıqları 11 avqust, bazar ertəsi günü Romada baş tuta bilər.

Lakin “Corriere della Sera” yazır ki, Rusiya tərəfi görüşün Romada keçirilməsinə qarşı çıxıb. Bildirilib ki, Kreml İtaliyanı Ukraynanın tərəfində açıq şəkildə mövqe sərgiləyən ölkə hesab edir. Digər bir maneə isə 2023-cü ildə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Vladimir Putinə qarşı çıxarılan orderdir. İtaliya Roma Statutunun iştirakçısı olduğuna görə bu məsələ əlavə hüquqi çətinlik yaradır.

Qiymət Mahir

tag: Vladimir Putin,ABŞ,Donald Tramp , İtaliya,Corca Meloni ,Todaypress.tv,