Çin "Starlink"i milli təhlükəsizliyə təhdid hesab edir
Dünya
02.01.2026 11:50
Çin hakimiyyəti "SpaceX" şirkətinə məxsus "Starlink" peyk şəbəkəsini ölkənin milli təhlükəsizliyi üçün potensial təhdid kimi qiymətləndirib. Bu mövqe BMT Təhlükəsizlik Şurasında səsləndirilib.
TodayPress TV xəbər verir ki, bu barədə "South China Morning Post" (SCMP) nəşri Çin nümayəndəsinin BMT Təhlükəsizlik Şurasındakı çıxışına istinadla məlumat yayıb.
Bildirilir ki, 29 dekabr tarixində keçirilən qeyri-rəsmi iclas Rusiyanın təşəbbüsü ilə baş tutub. Çin nümayəndəsi çıxışında "Starlink" kimi peyk qruplaşmalarının sürətlə genişlənməsinin “ciddi təhlükəsizlik problemləri” yaratdığını vurğulayıb.
Onun sözlərinə görə, artıq "Starlink" peykləri ilə Çinin orbitdəki kosmik stansiyası arasında bir neçə təhlükəli yaxınlaşma halı qeydə alınıb, həmçinin digər bir peykin orbitdə parçalanması faktı müşahidə olunub.
Çin tərəfi əlavə edib ki, "Starlink" şəbəkəsi dəfələrlə hərbi kəşfiyyat məqsədləri üçün istifadə olunub və bu sistemlərdən əldə edilən məlumatlara “terrorçu və separatçı qrupların” çıxış imkanı var.
Pekinin mövqeyinə əsasən, kommersiya peyklərinin hərbi məqsədlərlə tətbiqi kosmosda silahlanma yarışının risklərini daha da artırır.
Qiymət Mahir
tag: Çin,Starlink,Peyk,Rusiya,Todaypress.tv,
