Çin: Pekin Si-Tramp görüşünü hələ təsdiqləməyib
Pekin Çin prezidenti Si Cinpin ilə ABŞ prezidenti Donald Tramp arasında mümkün görüşlə bağlı hələlik rəsmi təsdiq verməyib.
TodayPress TV xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun bildirib.
Diplomat qeyd edib ki, dövlət başçıları səviyyəsində diplomatiya Çin-ABŞ münasibətlərində “müstəsna strateji və istiqamətləndirici rol” oynayır.
Bundan əvvəl "The Times" mənbələrə istinadla yazıb ki, sentyabrın əvvəlində Çində Donald Tramp, Si Cinpin və Vladimir Putin arasında üçtərəfli görüşün keçirilməsi ehtimalı var.
Türkan İsgəndərli