Cənubi Koreya, Yaponiya və ABŞ birgə təlim keçirdi

Dünya

11.07.2025 12:43

Cənubi Koreya, Yaponiya və ABŞ iyulun 12-də beynəlxalq sularda birgə hərbi təlim keçirib. Təlimə ABŞ-nin strateji "B-52H" bombardmançısı və müttəfiq ölkələrin qırıcı təyyarələri cəlb olunub.

TodayPress TV xəbər verir ki, bu, "B-52H"nin Koreya yarımadasında iştirakı ilə keçirilən ilk təlimdir.

Cənubi Koreya Müdafiə Nazirliyi bildirib ki, manevrlər Şimali Koreyanın artan nüvə və raket təhdidlərinə qarşı hərbi çəkindirməni gücləndirməyə yönəlib.

Eyni gün Seulda üç ölkənin müdafiə nazirləri illik görüş keçirib. Bəyanatda Koreya yarımadasında və Hind-Sakit okean bölgəsində təhlükəsizlik məsələlərinin həllində üçtərəfli əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri general Dən Keyn bildirib:

“Biz gələcəyə doğru ortaq yol qururuq – bu tərəfdaşlıq müntəzəm və israrlı təmaslar üzərində inkişaf edir. Şimali Koreya və Çin misilsiz hərbi güc yığımı həyata keçirir və öz maraqlarını irəli aparmaq niyyətində olduqlarını açıq göstərirlər. Biz bunu ciddi nəzərə almalıyıq”.

Qiymət Mahir

tag: Cənubi Koreya,Yaponiya,ABŞ,Təlim,Todaypress.tv,