Fələstin HƏMAS-ın girovları azad etmə bəyanatlarını müsbət adlandırdı

Dünya

04.10.2025 15:00

Fələstin Prezidenti Mahmud Abbas ABŞ Prezidenti Donald Trampın Qəzzadakı vəziyyəti həll etmək planını dəstəkləyib və Həmas-ın israilli girovları azad etmək istəyini alqışlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “WAFA” xəbər agentliyi məlumat yayıb.

“Prezident Trampın müharibənin başa çatması və detalların müzakirə ediləcəyi barədə açıqlamasını, eləcə də HƏMAS-ın bütün girovların azad edilməsi ilə bağlı müsbət bəyanatlarını və hazırkı mərhələdə konstruktiv yanaşmasını alqışlayıb”, - deyə məlumatda bildirilir.

O, həmçinin Qəzzada sabitliyə, ədalətli və davamlı sülhə nail olmaq üçün Fələstinin Tramp və beynəlxalq təşkilatlarla əməkdaşlığa hazır olduğunu bəyan edib.

Prezident vurğulayıb ki, Fələstinə Qəzza zolağının idarə olunması hüququ verilməlidir.

"İordan çayının qərb sahili ilə Qəzza zolağı arasında əlaqə Fələstin qanunları və dövlət qurumları vasitəsilə həyata keçirilməlidir", - Mahmud Abbas deyib.

Qeyd edək ki, oktyabrın 3-də HƏMAS rəhbərliyi Trampın planına uyğun olaraq əsir götürülmüş israilliləri azad etməyə hazır olduğunu bəyan edib. 

Orxan Saffari

TodayPress TV

tag: Fələstin,HƏMAS,Girov,ABŞ,Todaypress.tv,