Qəzzanın bərpasına beynəlxalq komissiya nəzarət edəcək
Dünya
24.10.2025 21:30
Qəzza zolağının yenidən qurulması və bu prosesin maliyyələşdirilməsinə beynəlxalq nəzarət mexanizmi tətbiq olunacaq.
TodayPress TV xəbər verir ki, bu barədə HƏMAS Qahirədə keçirilən danışıqların yekunlarına dair yaydığı açıqlamada bildirib.
Açıqlamaya əsasən, xüsusi beynəlxalq komissiya Qəzzanın bərpası ilə bağlı maliyyə axınlarına və layihələrin icrasına nəzarət edəcək.
Təşkilatdan bildirilib ki, Qəzzada idarəetmə müstəqil texnokratlardan ibarət Fələstin komitəsinə veriləcək. Bu komitə ərəb ölkələri və beynəlxalq təşkilatlarla əməkdaşlıq şəklində fəaliyyət göstərəcək və əhalinin əsas sosial və humanitar tələbatlarının ödənilməsinə cavabdeh olacaq.
Yeni strukturun yaradılması Qəzza zolağında müharibədən sonrakı bərpa işlərinin şəffaflığını təmin etmək və beynəlxalq donorların etimadını artırmaq məqsədi daşıyır.
Aynur TAC
tag: HƏMAS, Qahirə, Qəzza, Komissiya, todaypress.tv,
