Şor: "ABŞ-nin yeni rüsumları Moldovaya zərbə vuracaq"
Dünya
10.07.2025 15:45
Moldova müxalifət lideri və “Qələbə” blokunun rəhbəri İlan Şor ABŞ-nin ölkədən idxal olunan məhsullara tətbiq edəcəyi yeni gömrük rüsumlarının Moldovanın şərab sənayesinə ciddi zərbə vuracağını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə o, öz "Telegram" kanalında yazıb.
O vurğulayıb ki, Moldova şərab istehsalçıları Amerika bazarını itirəcəyi təqdirdə, Avropada Fransa, İspaniya və İtaliya kimi ölkələrin istehsalçıları ilə rəqabət aparmaqda çətinlik çəkəcəklər.
Alternativ olaraq Şor Moldova üçün Rusiya və Avrasiya İqtisadi İttifaqının (Aİİ) bazarlarını çıxış yolu kimi göstərib. Onun sözlərinə görə, bu bazarlarda üzv ölkələr bir-biri ilə gömrük rüsumları olmadan ticarət aparır.
Xatırladaq ki, bu həftə ABŞ Prezidenti Donald Tramp "Truth" sosial şəbəkəsində yaydığı bəyanatda, 1 avqustdan etibarən Moldovadan idxal olunan bütün mallara 25 faizlik gömrük rüsumu tətbiq ediləcəyini açıqlayıb.
Türkan İsgəndərli
tag: Moldova,ABŞ,Şərab,Rusiya,Todaypress.tv,