Cənubi Koreya əhalisi Şimali Koreyalılarla əlaqə qura biləcək
Dünya
31.07.2025 12:36
Cənubi Koreya hakimiyyəti onilliklər ərzində ilk dəfə olaraq vətəndaşlara Şimali Koreya (KXDR) sakinləri ilə əvvəlcədən icazə almadan əlaqə saxlamağa icazə verib.
TodayPress TV xəbər verir ki, bu barədə Koreya Respublikasının rəsmisi Conq Donq Yon məlumat verib.
Nazir bildirib ki, azad təmas qarşılıqlı anlayışa, bu isə dinc yanaşı yaşamağa gətirib çıxarır. Bu addım hökumətin sülh siyasətini əks etdirir.
O, əlavə edib ki, bu qərarın məqsədi, əvvəlcədən icazə alınmadığına görə dayandırılan özəl Koreyalararası əməkdaşlıq layihələrinin qarşısını almaqdır. İndi vətəndaşlar yalnız bu cür təmaslar barədə səlahiyyətli orqanlara əvvəlcədən məlumat verməlidirlər.
Bundan əvvəl Cənubi Koreya KXDR sərhədində səsucaldanlarla təbliğat yayımını dayandırmışdı. Bu, Pxenyana münasibətdə siyasətin dəyişməsinin göstəricisi kimi qiymətləndirilir.
Türkan İsgəndərli
tag: Cənubi Koreya,Şimali Koreya,Əlaqə,Ünsiyyət,Todaypress.tv,