“Terrorsuz Türkiyə” prosesinə dair ilk görüşlərə start verilir

Dünya

21.07.2025 13:36

Türkiyədə “Terrorsuz Türkiyə” prosesi çərçivəsində Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın siyasi partiyalarla görüşlərə başlayır.

TodayPress TV xəbər verir ki, bu barədə "TRT Hber" məlumat yayıb.

İlk görüş bu gün saat 13:30-da (Bakı vaxtı ilə - red.) Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı ilə olacaq. Görüş Türkiyə Böyük Millət Məclisində (TBMM) keçiriləcək.

Daha sonra, saat 15:00-da Kalın hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) parlament qrupunun sədri Abdullah Gülərlə və partiyanın digər qrup rəhbərliyi ilə görüşəcək.

Saat 16:30-da isə Kalının Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM Partiya) qrupunu ziyarət edəcəyi bildirilir.

MİT rəhbərinin bu həftə ərzində Cümhuriyyət Xalq Partiyası (CHP) və Yeni Yol Partiyası ilə də görüşəcəyi gözlənilir.

Qeyd edək ki, İbrahim Kalın daha əvvəl TBMM sədri Numan Kurtulmuşla da görüşərək proses barədə məlumat vermişdi.

Töhfə Səməd

tag: Terrorsuz Türkiyə,Milli İstihbarat Təşkilatı,İbrahim Kalın,Todaypress.tv,