Belçikanın hərbi bazası üzərində 15 naməlum dron aşkarlandı
Dünya
03.10.2025 16:05
Belçika sərhədi yaxınlığındakı Elsenborn hərbi bazası üzərində 15 pilotsuz uçuş aparatı aşkar edilib.
TodayPress TV "Ukrinform"a istinadən xəbər verir ki, hadisə Belçika Müdafiə Nazirliyinin araşdırmasına səbəb olub.
Nazirlik dronların haradan gəldiyi və kimin nəzarət etdiyi barədə hələ məlumat verməyib. Verilən məlumata görə, dronlar bazanın üzərindən keçdikdən sonra Almaniya tərəfə uçublar.
Eyni vaxtda Münhen hava limanında naməlum dronların aşkarlanması nəticəsində hava limanının fəaliyyəti dayandırılıb. Daha dəqiq, 17 reys təxirə salınıb və təxminən 3 min sərnişinin hərəkəti məhdudlaşdırılıb.
Bundan əlavə, Münhenə gəlməsi planlaşdırılan 15 reys Ştutqart, Nürnberq, Vyana və Frankfurta yönləndirilib.
Jalə Rövşən
tag: Belçika ,Hava limanı,Dron,Almaniya,TodayPressTV,
