Erməni müxalifəti Paşinyanı kilsəyə hücumda ittiham edir
Dünya
08.07.2025 15:47
Ermənistandakı müxalif “Hayakve” hərəkatı ölkənin Baş naziri Nikol Paşinyanın Ermənistan Apostol Kilsəsinə (EAK) qarşı hücumları ilə bağlı Respublika Baş Prokurorluğuna cinayət işi başlanması tələbi ilə müraciət edib.
TodayPress TV xəbər verir ki, bu barədə hərəkatın lideri Avetik Çalabyan “RİA”ya açıqlamasında bildirib.
O qeyd edib ki, Baş nazir və onunla əlaqəli olan bəzi şəxslər tərəfindən kilsəyə qarşı məqsədyönlü və təşkilatlanmış kampaniya aparılır.
“Bunlar müxtəlif çıxışlar, yazılar və çağırışlarla müşayiət olunur. Biz bütün faktları sənədləşdirdik, işə ölkənin ən yaxşı hüquqşünasları cəlb olunub. Əldə etdiyimiz nəticəyə görə, bu kampaniya azı dörd maddə üzrə Cinayət Məcəlləsinin tələblərinə uyğun gəlir", – deyə Çalabyan jurnalistlərə bildirib.
Qiymət Mahir
tag: Ermənistan ,Apostol Kilsəsi, Baş nazir,Nikol Paşinyan,Todaypress.tv,