Polşa Ottava Konvensiyasından çıxır
Dünya
26.06.2025 12:45
Polşa parlamenti piyada əleyhinə minaların istifadəsini qadağan edən Ottava Konvensiyasından çıxmaq haqqında qanun layihəsini qəbul edib.
TodayPress TV xəbər verir ki, bu barədə “RMF24” portalı məlumat yayıb.
Səsvermədə 413 deputat lehinə, 15 nəfər əleyhinə səs verib, 3 nəfər isə bitərəf qalıb.
Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış qeyd edib ki, bu addım regionun təhlükəsizliyi baxımından son dərəcə vacibdir. Onun sözlərinə görə, konvensiyadan çıxmaq təşəbbüsünü yalnız Polşa deyil, Baltikyanı ölkələr və Finlandiya da dəstəkləyib.
“Polşa öz təhlükəsizliyini təmin etmək üçün məhdudiyyətlərə tabe ola bilməz”, – deyə nazir vurğulayıb.
Qeyd edək ki, Ottava Konvensiyası 1997-ci ildə qəbul olunub və 1999-cu ildə qüvvəyə minib. Konvensiya piyada əleyhinə minaların istifadəsini, istehsalını, ötürülməsini və ehtiyatda saxlanmasını qadağan edir. Polşa bu sənədi 2012-ci ildə ratifikasiya etmişdi.
Qiymət Mahir
tag: Polşa, Ottava Konvensiyası,Piyada əleyhinə mina,Vladislav Kosinyak-Kamyş,