Britaniyada Baş nazirin müavini istefa verdi

Britaniyada Baş nazirin müavini istefa verdi
05.09.2025 17:46 Dünya

İngiltərə Baş naziri Kir Starmerin müavini Angela Rayner vergidən yayınma qalmaqalına görə istefa verib.  

TodayPress TV xəbər verir ki, bu barədə o, Starmerə məktubunda bildirib. 

Bundan əlavə, Rayner Böyük Britaniyanın Mənzil, Regional İnkişaf və Yerli İdarəetmə naziri və hakim Leyboristlər Partiyasının sədr müavini vəzifəsini tərk edib.  

Xatırladaq ki, sentyabrın 3-də siyasətçi “Sky News”a müsahibəsində etiraf edib ki, İngiltərənin cənubundakı kurort şəhəri Hoveda mənzil aldığı zaman möhür rüsumunu ödəməyib. O, bunu istəmədən etdiyini deyib və ona yanlış məsləhət verən vəkilləri günahlandırıb. 

Aysel Mətləb

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər