Britaniya Qəzzaya humanitar yardım göndərəcək

Britaniya Qəzzaya humanitar yardım göndərəcək
27.07.2025 00:15 Dünya

Böyük Britaniya Qəzza zolağına humanitar yardımın çatdırılması üçün beynəlxalq proqramlarda iştirak etməyi planlaşdırır.

TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Mertslə telefon danışığı zamanı deyib.

Baş nazir Böyük Britaniyanın humanitar yardımı havadan göndərmək və tibbi yardıma ehtiyacı olan uşaqları təxliyə etmək üçün İordaniya kimi tərəfdaşlarla işləmək planlarını açıqlayıb.

Planın təfərrüatları barədə məlumat verilməyib.

XƏBƏR LENTİ
20 IYUL 2026
Bütün Xəbərlər