Böyük Britaniya dağılır? 3 ölkə müstəqillik tələb edir

Böyük Britaniya dağılır? 3 ölkə müstəqillik tələb edir
13.09.2026 14:23 Dünya

Şotlandiya, Uels və Şimali İrlandiya Böyük Britaniyadan müstəqilliklə bağlı referendumların keçirilməsi hüququnun tanınmasını tələb etməyə hazırlaşır.

TodayPress TV xəbər verir ki, “Telegraph” qəzetinin məlumatına görə, bazar ertəsi Şotlandiya, Uels və Şimali İrlandiyanın hökumət rəhbərləri Kardiff şəhərində görüşərək əməkdaşlıq haqqında saziş imzalayacaqlar. Sazişdə müstəqillik referendumlarının keçirilməsi hüququnun da nəzərdə tutulacağı bildirilir.

Görüşdə Şotlandiya Milli Partiyası (SNP), Uelsin Plaid Cymru və Şimali İrlandiyanın Şinn Feyn partiyalarının liderləri iqtisadiyyat, enerji, Avropa ilə münasibətlər və xalqların öz müqəddəratını təyinetmə hüququ kimi məsələlər üzrə əməkdaşlığı müzakirə edəcəklər.

Şotlandiyanın birinci naziri və SNP lideri Con Suinni Böyük Britaniyada mövcud idarəetmə sisteminin “davamlı olmadığını” bildirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər