Benzin böhranı Rusiyada yeni bazar yaratdı
Rusiyada yanacaq böhranı fonunda yanacaqdoldurma məntəqələrinin (YDM) kütləvi şəkildə satışına başlanılıb.
TodayPress TV xəbər verir ki, bu barədə “İzvestiya” nəşri məlumat yayıb.
Məlumata görə, satışa həm müstəqil YDM şəbəkələri, həm də iri neft şirkətlərinə məxsus obyektlər çıxarılır.
Bildirilib ki, ölkənin bəzi regionlarında özəl yanacaqdoldurma məntəqələri benzin və dizel yanacağının çatışmazlığı səbəbindən fəaliyyətini dayandırmağa başlayıb.
Qeyd olunur ki, yaranmış vəziyyət yanacaq bazarında böhranın dərinləşdiyini göstərir.
Kübra Musayeva