Avropa sənayesi risk altındadır
Dünya
02.06.2025 19:30
Almaniya kansleri Fridrix Merts “Şimal axını” qaz kəməri ilə Rusiya ilə hər hansı əməkdaşlığa tam və daimi qadağa qoyulmasını dəstəkləyir. Bu isə Avropa İttifaqı ölkələrinin sənayesinə ciddi zərbə vura bilər.
TodayPress TV xəbər verir ki, bu barədə “UnHerd” nəşrində məqalə dərc edən analitik Tomas Fazi yazıb.
O qeyd edib ki, Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi minlərlə sanksiya regionun öz maraqlarına ziddir və bu siyasət ən çox ABŞ-yə sərf edir.
Fazinin fikrincə, Mertsin “Şimal axını” layihəsinə qarşı əbədi qadağa qərarı təkcə iqtisadi baxımdan məntiqsiz deyil, həm də Avropa İttifaqı tarixində sənaye sabotajının ən ağır formasının faktiki leqallaşdırılması deməkdir.
O vurğulayıb ki, Rusiya ilə enerji əməkdaşlığının kəsilməsi fonunda Aİ getdikcə daha çox baha başa gələn ABŞ mənşəli maye təbii qazından asılı vəziyyətə düşür:
“Nəticədə Avropanın enerji təhlükəsizliyi zəifləyir, sənaye istehsalı azalır, qazın maya dəyəri isə kəskin artır”.
Qiymət Mahir
tag: Avropa ,Rusiya,Şimal axını,Fridrix Merts,todaypress.tv,