Ali Yerlikaya: "Zəlzələ ilə bağlı mənfi hal hələ qeydə alınmayıb"
Dünya
10.08.2025 22:45
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Balıkesir vilayətinin Sındırğı rayonunda baş verən 6,1 bal gücündə zəlzələ ilə bağlı açıqlama yayıb.
TodayPress TV xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.
Nazir bildirib ki, İstanbul və ətraf vilayətlərdən də hiss olunan yeraltı təkanlarla əlaqədar Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) və digər aidiyyəti qurumların bütün komandaları dərhal əraziyə göndərilib və sahədə yoxlamalara başlanılıb.
“Hazırkı məlumata görə, hər hansı mənfi hal qeydə alınmayıb. Prosesi anbaan izləyirik. Zəlzələdən təsirlənən bütün vətəndaşlarımıza keçmiş olsun diləklərimi çatdırıram. Allah ölkəmizi və millətimizi təbii fəlakətlərdən qorusun”, - deyə Yerlikaya əlavə edib.
Qeyd edək ki, Türkiyənin Balıkesir vilayətində 6,1 maqnitudalı zəlzələ olub. Yeraltı təkan bir çox rayonlarda, həmçinin İstanbulda da hiss olunub.
Töhfə Səməd
tag: Türkiyə,DİN,Ali Yerlikaya ,Balıkesir ,Todaypress.tv,