Aİ İsrailə qarşı sanksiyaların müzakirəsini dayandırdı

Dünya

07.10.2025 12:58

ABŞ Prezidenti Donald Trampın Qəzza münaqişəsinin həlli planından sonra Avropa İttifaqı ölkələri İsrailə qarşı mümkün sanksiyaların müzakirəsini faktiki olaraq dayandırıblar.

TodayPress TV xəbər verir ki, bu barədə "EUObserver" məlumat yayıb.

Almaniya və İtaliya Trampın planının nəticələrini gözləməyi təklif etdikləri üçün digər Aİ ölkələri də bu mövqeyə uyğunlaşmalı olublar.

Nəticədə isə bu həftə Avropa Şurasında İsrailə qarşı sanksiyalar müzakirə edilməyəcək.

Yalnız Belçika oktyabrın 8-də Brüsseldə keçiriləcək görüşdə bu məsələni qaldırmağı planlaşdırır.

Xatırladaq ki, daha öncə Avropa Komissiyası İsrailin Qəzza zolağındakı hərəkətlərinə görə sanksiyalar paketi təklif edib. Bu paket ticarət güzəştlərinin ləğvini də əhatə edir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Aİ,İsrail,ABŞ,Sanksiya,Todaypress.tv,