“An-24”ün axtarış işləri başa çatdırıldı
Xilasedicilər Rusiyanın Amur vilayətində “An-24” təyyarəsinin qəzaya uğradığı yerdə axtarış işlərini başa çatdırıblar.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Bu gün (iyulun 28-i) xilasedicilərdən ibarət birgə qrup təyyarənin qəzaya uğradığı ərazini təmizləyib. Rusiya Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri pilotsuz uçuş aparatlarından istifadə etməklə bitişik əraziyə nəzarət edib və tədqiq ediblər", - deyə idarənin məlumatında deyilir.
Xatırladaq ki, iyulun 24-də Amur vilayətində “An-24” sərnişin təyyarəsi qəzaya uğrayıb.
Aysel Mətləb