Almaniyada 45 mindən çox məktəbli küçələrə töküldü - Səbəb nədir?

Almaniyada 45 mindən çox məktəbli küçələrə töküldü - Səbəb nədir?
25.09.2026 21:25 Dünya

Almaniyanın təxminən 100 şəhərində ölkədə məcburi hərbi xidmətin ehtimal olunan bərpasına qarşı kütləvi etiraz aksiyaları keçirilib, 45 mindən çox məktəbli iştirak edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Hərbi xidmətə çağırışa qarşı məktəbli tətili" ictimai təşəbbüsünün nümayəndələri məlumat yayıblar.

Berlinin Veddinq rayonunda etiraz aksiyasına 2,4 min nəfər, Frankfurt-Maynda 180, Ştutqartda 200, Nürnberqdə 400, Münhendə 700 nəfər çıxıb.

"Əvvəlcə anketlər, indi isə ilkin olaraq yalnız 2027-ci ilin iyulunda başlamalı olan məcburi tibbi müayinə elan edilib. Federal hökumət hərbi mükəlləfiyyətin mərhələli şəkildə qaytarılması məsələsində ciddidir. Lakin sorğunun nəticələri göstərir ki, gənclər Bundesverə getmək istəmirlər", - deyə təşəbbüsünün nümayəndəsi Bela Braytner "DPA" agentliyinə bildirib.

Aksiyalara yeni hərbi xidmət modeli haqqında qanun səbəb olub. Yeniyetmələr məcburi tibbi müayinələrin tətbiqi planlarına və çağırışın potensial bərpasına etiraz edirlər. Məktəblilərin Federal Konfransı vurğulayıb ki, bir çox yeniyetmə bu məsələdə diqqətdən kənarda qaldığını hiss edir. Qərar gənclərlə əvvəlcədən razılaşdırılmadan, siyasətçilər tərəfindən "yuxarıdan" qəbul edilib.

Xatırladaq ki, sentyabrın 23-də Almaniyanın müdafiə naziri Boris Pistorius ölkədə hərbi xidmətin cəlbediciliyinin əhəmiyyətli dərəcədə artdığını və Bundesver sıralarına qəbulun rekord tempini bəyan edib.

Aysel Mətləb

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər