Pakistan lideri dünyanı belə xəbərdar etdi: “Bir daha…”

Pakistan lideri dünyanı belə xəbərdar etdi: “Bir daha…”
25.09.2026 22:30 Dünya

Pakistanın Baş naziri Şahbaz Şərif ölkəsinin kritik məqamda sürətli hərəkət etmək qərarına gəldiyini bildirib.

TodayPress TV bu barədə xarici mediaya istinadla xəbər verir.

Şərif qeyd edib ki, Pakistanın səyləri nəticəsində Vaşinqton və Tehran nümayəndələri İslamabadda eyni masa arxasında bir araya gətirilib. Onun sözlərinə görə, danışıqlardan İslamabad Anlaşma Memorandumunun imzalanmasına qədər ciddi münaqişənin dayandırılmasına yönəlmiş bir sıra mühüm addımlar atılıb.

Pakistan Baş naziri ölkənin müdafiə qüvvələrinin rəhbəri, quru qoşunlarının baş qərargah rəisi feldmarşal Asim Münirin diplomatik imkanların yaradılmasında rolunu xüsusi vurğulayıb.

Şərif Hörmüz boğazı və Bab əl-Məndəb boğazının dünya iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıdığını bildirib. O, bu su yollarının qarşıdurma məkanına çevrilməməli, açıq qalmalı olduğunu deyib.

Pakistan Baş naziri həmçinin Yəmən husilərinin Səudiyyə Ərəbistanına hücumlarını kəskin şəkildə pisləyib. Məkkə şəhərinə pilotsuz uçuş aparatı ilə hücum cəhdinin dünya müsəlmanları arasında qəzəb doğurduğunu bildirən Şərif iki müqəddəs məscidin təhlükəsizliyinə qarşı istənilən təhdidin Pakistan üçün “qırmızı xətt” olduğunu qeyd edib.

Şərif Pakistanın Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu və Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanan müdafiə sazişinin heç bir ölkəyə qarşı yönəlmədiyini bildirib.

O, həmçinin Hindistanla ötən il baş vermiş qarşıdurmaya toxunaraq, Pakistanın BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etdiyini deyib.

Şərif Donald Trampın müdaxiləsinin Cənubi Asiyada yüz milyonlarla insanın həyatının xilas edilməsinə kömək etdiyini də bildirib. Onun sözlərinə görə, Trampın müdaxiləsi iki nüvə dövlətinin genişmiqyaslı müharibənin astanasında olduğu kritik məqamda baş verib.

Pakistan Baş naziri Cənubi Asiyanın bir daha belə təhlükəli vəziyyətlə üzləşməməsi üçün bütün zəruri addımların atılmasının vacibliyini vurğulayıb.

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər