Putin Ukraynanın mülki obyektləri vurmasından gileyləndi
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın mülki obyektlərə zərbələr endirdiyini bildirib.
TodayPress TV bu barədə xarici mediaya istinadla xəbər verir.
Putin qeyd edib ki, Ukrayna tərəfi “Wildberries” və “Ozon” şirkətlərinin anbarları kimi mülki obyektləri vurmağa başlayıb.
“Onlar “Wildberries” və “Ozon” şirkətlərinin anbarları kimi mülki obyektlərə zərbələr endirməyə başladılar. Bu nədir? Nə üçün belə edildi? Amma bu, baş verdi. Bundan sonra biz də bu cür hər bir hücuma cavab verməyə başladıq”, – deyə Putin bildirib.
Kübra Musayeva