Trampın Zelenskini Moskvaya göndərmək planı “suya düşdü”

Trampın Zelenskini Moskvaya göndərmək planı “suya düşdü”
25.09.2026 22:21 Dünya

ABŞ Prezidenti Donald Tramp bu həftə Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya getməyə çağırıb.

TodayPress TV xəbər verir ki, “Bloomberg”in məlumatına görə, Tramp bu təklifi Zelenskinin daha əvvəl də dəfələrlə imtina etməsinə baxmayaraq irəli sürüb. ABŞ tərəfi Ukrayna ilə Rusiya arasında sülh danışıqlarını yenidən başlatmağa çalışır.

Zelenski BMT Baş Assambleyası çərçivəsində Tramp ilə görüş zamanı bu təklifi rədd edib.

Məsələdən xəbərdar olan şəxslərin sözlərinə görə, Zelenski Trampın bu məsələni yenidən gündəmə gətirməsindən narazı qalıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər