Afrika ölkəsində dəhşətli fəlakət! 12 mindən çox insan evsiz qaldı

Afrika ölkəsində dəhşətli fəlakət! 12 mindən çox insan evsiz qaldı
25.09.2026 22:55 Dünya

Malidə daşqınlar nəticəsində ən azı 13 nəfər həlak olub, daha 23 nəfər xəsarət alıb.

TodayPress TV xəbər verir ki, bu barədə Qərbi Afrika dövlətinin Təhlükəsizlik və Mülki Müdafiə Nazirliyinin Böhranların Əlaqələndirilməsi və İdarə Edilməsi Mərkəzinə istinadən "Malijet" portalı məlumat yayıb.

Ümumilikdə Malinin yeddi regionunda daşqınlar qeydə alınıb, 470-dən çox yaşayış binası dağılıb, 12 mindən çox insan zərər çəkib. Hakimiyyət orqanları sığınacaqdan və ərzaqdan məhrum olmuş insanlara humanitar yardım göstərilməsi üçün tədbirlər görür.

Aysel Mətləb

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər