Rusiya dronları Kiyev yaxınlığındakı məktəbi hədəf aldı - FOTO

Rusiya dronları Kiyev yaxınlığındakı məktəbi hədəf aldı - FOTO
25.09.2026 23:32 Dünya

Rusiya axşam saatlarında Kiyev vilayətinin Vışqorod rayonunun İvankıv qəsəbəsində yerləşən liseyə pilotsuz uçuş aparatı ilə zərbə endiriblər.

TodayPress TV xəbər verir ki, binada genişmiqyaslı yanğın baş verib, lakin tələfat və xəsarət alan olmayıb.

Hücum nəticəsində təhsil müəssisəsinin 300 kvadratmetrdən çox sahəsini alov bürüyüb. Hadisə yerində Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin bölmələri işləyir, onlar yanğını söndürməyə və lokalizasiya etməyə çalışırlar.

Kiyev Vilayət Dövlət Administrasiyasının sədri Timur Tkaçenko bildirib ki, zərbə anında binada uşaqlar olmayıb. Ümumilikdə bu təhsil müəssisəsində 1100-ə yaxın şagird təhsil alır.

Aysel Mətləb

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər