İranla müharibədə Avropa da iştirak edib - Sensasion İDDİA
İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai Avropanın ABŞ və İsrailin İrana qarşı apardığı müharibədə şüurlu şəkildə iştirak etdiyini bildirib.
TodayPress TV-nin məlumatına görə, Bəqai NATO-nun baş katibi Mark Rutte tərəfindən səsləndirilən fikirlərin Avropanın müharibədə fəal iştirak etdiyini təsdiqlədiyini iddia edib.
O bildirib ki, Avropa İttifaqı, onun üzv dövlətləri və NATO ölkələri İrana qarşı müharibədə göstərdikləri siyasi, hərbi, logistik və digər dəstəyə görə məsuliyyətə cəlb edilməlidir.
Bəqai Avropa vətəndaşlarının hökumətlərindən müharibəyə dəstək verilməsi ilə bağlı qəbul edilən qərarlara dair izahat tələb etmək hüququnun olduğunu qeyd edib.
İran rəsmisi yanacağın bahalaşması və müharibənin yaratdığı digər çətinliklərin də Avropa hökumətlərinin münaqişəyə verdiyi dəstək fonunda qiymətləndirilməli olduğunu deyib.
O, həmçinin Mark Ruttenin NATO baş katibi kimi fəaliyyəti və onun rəhbərliyi ilə həyata keçirilən addımların araşdırılmalı olduğunu vurğulayıb.
Kübra Musayeva