Aİ 1,5 milyard avroluq müdafiə fondunu təsdiqlədi

Dünya

19.06.2025 10:24

Avropa İttifaqı ölkələri ümumi müdafiə layihələrinin maliyyələşdirilməsi üçün 1,5 milyard avro dəyərində fond təsdiqləyib.

TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” diplomatik mənbələrə istinadla məlumat yayıb.

Yeni proqram çərçivəsində ən azı 65% müdafiə komponentləri Aİ ölkələrindən və ya tərəfdaş dövlətlərdən satın alınmalıdır. Yalnız həyati əhəmiyyət daşıyan texnologiyalar üçün istisnalar nəzərdə tutulur.

Mənbənin sözlərinə görə, fondun təsdiqi bazar ertəsi günü rəsmi olaraq yekunlaşdırılacaq. Bununla belə, bəzi üzv dövlətlər “Avropa istehsal et, Avropa al” qaydalarının çox sərt olduğunu bildirərək narazılıqlarını ifadə ediblər.

Yeni fond Aİ-nin genişmiqyaslı silahlanma proqramının ilk mərhələsi hesab olunur. Avropa rəsmiləri ayrılan vəsaiti “təvazökar məbləğ” adlandırsalar da, gələcəkdə əlavə maliyyələşdirmənin mümkün olduğunu istisna etmirlər.

Qiymət Mahir

tag: Avropa İttifaqı ,Aİ,Fond,Avropa,Todaypress.tv,