Tramp Qətərin Baş naziri ilə görüşəcək
Dünya
16.07.2025 09:57
ABŞ prezidenti Donald Tramp çərşənbə günü Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə görüşəcək.
TodayPress TV bu barədə "Axios" nəşri məlumat yayıb.
Görüşdə Qəzza zolağında atəşkəs və Həmas tərəfindən saxlanılan israilli girovların azad edilməsi məsələsi müzakirə olunacaq.
Bundan əvvəl, bazar ertəsi Tramp Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə telefon danışığı aparıb. Məlumata görə, Tramp və Qətər rəsmiləri həmçinin ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı yeni danışıqların aparılma imkanlarını da müzakirə edəcəklər.
Qətər, İsrail və Həmas arasında vasitəçi rolunu oynayır. İyulun 6-da Qətər, Misir və ABŞ-nin vasitəçiliyi ilə Dohada atəşkəs və girovların azad olunması üzrə danışıqlar yenidən başlayıb.
Qətər Xarici İşlər Nazirliyi bildirir ki, proses hələ ilkin mərhələdədir və vasitəçilər Həmas və İsraillə ayrıca danışıqlar apararaq çərçivə razılaşması üzərində çalışırlar.
Türkan İsgəndərli
tag: ABŞ,Tramp,Qəzza,İran,Todaypress.tv,