Polşa Ukrayna sərhədində olan döyüş təyyarələrini öz aerodromlarına qaytardı

Dünya

20.09.2025 10:15

Polşa hərbçiləri Ukrayna sərhədi yaxınlığında olan təyyarələri öz aerodromlarına qaytarıblar.

TodayPress TV xəbər verir ki, bu barədə “X” sosial media platformasında məlumat yayılıb.

Əməliyyat komandanlığı Polşanın hava məkanında Polşa və müttəfiqlərinin hava fəaliyyətinin dayandırıldığını bildirib.

Aktivləşdirilən yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemləri normal fəaliyyətə başlayıb.

Qeyd edək ki, sentyabrın 19-da Rusiya ilə Estoniya arasında diplomatik mübahisənin mərkəzində Rusiyanın üç “MiQ-31” qırıcısının olduğu bildirilmişdi. 

Moskva ittihamları rədd edərək, uçuşun Kareliyadan Kalininqrad vilayətinə neytral sular üzərindən planlaşdırılmış marşrutun bir hissəsi olduğunu bildirib.

Orxan Saffari

TodayPress TV

tag: Polşa,Təyyarə,Aerodrom,Ukrayna,Todaypress.tv,