İsrailin İrana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı artdı

Dünya

23.06.2025 15:19

İsrail ordusunun 13 iyun tarixindən bəri İrana endirdiyi aviazərbələr nəticəsində azı 58 qadın və uşaq həyatını itirib.

TodayPress TV xəbər verir ki, bu barədə İran hökumətinin nümayəndəsi Fatimə Mohacirani "ISNA" agentliyinə açıqlama verib.

Onun sözlərinə görə, hücumlar nəticəsində azı 222 qadın və uşaq yaralanıb.

Qeyd edək ki, 13 iyun gecəsi İsrail “Qalxan şir” adlı əməliyyata başlayaraq İranın nüvə və hərbi obyektlərinə aviazərbələr endirib. Cavab olaraq Tehran “Doğru vəd - 3” adlı əməliyyata start verərək İsrailin hərbi obyektlərini atəşə tutub.

22 iyun gecəsi isə ABŞ Prezidenti Donald Tramp ABŞ Hərbi Hava Qüvvələrinin İranın üç nüvə obyektinə hücum etdiyini bəyan edib. Onun sözlərinə görə, İranın uranın zənginləşdirilməsi ilə bağlı əsas obyektləri “tamamilə məhv edilib”.

Töhfə Səməd 

tag: İran,ABŞ,İsrail,Zərbə,Todaypress.tv,