“AHBAP” ətrafında qalmaqal böyüyür - Prokurorluq qəyyum təyin etdi
İstanbul Şəhər Prokurorluğunun apardığı istintaq çərçivəsində Türkiyənin “AHBAP” dərnəyinə qəyyum təyin olunması barədə qərar verilib.
TodayPress TV xəbər verir ki, qərara əsasən, dərnəyin daşınmaz əmlakları, nəqliyyat vasitələri, bank hesablarındakı vəsaitlər və digər bütün aktivlərinin idarə olunması qəyyumlara həvalə edilib.
İstintaq materiallarında iddia olunur ki, dərnəyə edilən ianələrin bir hissəsi təyinatı üzrə istifadə edilməyib və bəzi vəsaitlər şübhəli şəxsi hesablara köçürülüb.
Rəsmi qurumların araşdırması davam edir.