Ağ Ev Harvard Universitetini federal qrantlardan məhrum etmək istəyir

Ağ Ev Harvard Universitetini federal qrantlardan məhrum etmək istəyir
27.05.2025 16:32 Dünya

ABŞ administrasiyası Harvard Universitetinin mövcud siyasətini dəyişmək istəmədiyinə görə, ali məktəbi təxminən 100 milyon dollar dəyərində olan bütün qalan federal qrantlardan məhrum etməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayılıb.

Bildirilib ki, Ağ Ev federal agentliklərə göndərdiyi məktubda Harvardla bağlanan müqavilələr üçün “alternativ xidmət təminatçıları” tapmağı tövsiyə edib.

Məsələ ilə bağlı danışan yüksək rütbəli məmurlardan biri qeyd edib ki, bu addım hökumətlə Harvard arasında illərdir mövcud olan əməkdaşlığın tamamilə kəsilməsi anlamına gəlir.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər