Afrika 2026-cı ildə iqtisadi artım tempinə görə dünya lideri olacaq

Dünya

02.01.2026 07:00

2026-cı ildə ümumi daxili məhsulun (ÜDM) artım tempi 6%-dən çox olan, ən sürətlə inkişaf edən iqtisadiyyatların əksəriyyətini Afrika qitəsinin ölkələri təşkil edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə "Africanews" Beynəlxalq Valyuta Fonduna (BVF) istinadən məlumat yayıb.

Ruanda, Uqanda və ya Efiopiya kimi ölkələrdə artım tempi 7%-i keçəcək, Cənubi Sudan və Qvineya isə neft və mineral xammalının hasilatı bumuna görə ikiqat rəqəmli ÜDM artımına nail olacaq. Eyni zamanda, BVF ekspertlərinin fikrincə, Afrika qlobal istiləşmənin nəticələri, siyasi qeyri-sabitlik və yüksək xarici borc kimi mənfi amillərin təsirinə diqqət yetirməlidir.

2026-cı ildə qitə ölkələri kreditorlara, demək olar, 95 milyard dollar ödəməli olacaqlar. Keniya kimi ölkələr xarici borcun ödənilməsinə büdcə vəsaitlərinin 20%-ə qədərini yönəltməli olacaq. Xarici investisiyaların axınına baxmayaraq, bəzi ölkələr, məsələn, Mərkəzi Afrika Respublikas planetdə ən az elektrikləşdirilmiş ölkələr arasında qalacaq.

TodayPress TV

tag: Afrika,İqtisadi artım,Temp,Sürət,Todaypress.tv,