ABŞ Suriyadakı bazaları boşaldır
ABŞ Suriyadakı iki hərbi bazasını bağlayıb, birini isə Suriya Demokratik Qüvvələrinə (SDQ) təhvil verib.
TodayPress TV xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Bildirilib ki, son həftələrdə Suriyadan 500-ə yaxın amerikalı əsgər çıxarılıb. Məlumata görə, bu proses təhlükəsiz və planlı şəkildə həyata keçirilib.
Xatırladaq ki, 2015–2018-ci illərdə ABŞ Suriyada ümumilikdə 9 baza və 3 forpost yaradıb. Onlarda təxminən 2200 əsgər xidmət edib. Pentaqon bu sayın 1000-dən aşağı endiriləcəyini açıqlayıb.
Türkan İsgəndərli