Rusiya ordusunun sayı rekord həddə çatdırıldı

Rusiya ordusunun sayı rekord həddə çatdırıldı
28.09.2026 21:47 Dünya

Rusiya Prezidenti Vladimir Putin ölkənin Silahlı Qüvvələrinin yeni ştat sayını 1 550 500-ü hərbi qulluqçu olmaqla 2 441 630 nəfər müəyyən edən fərman imzalayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Vedomosti" məlumat yayıb.

Bildirilib ki, 2026-cı il iyunun 12-də imzalanmış əvvəlki fərmanla müqayisədə ştat sayı 42 500 nəfər, o cümlədən hərbi qulluqçuların sayı 40 500 nəfər artırılıb.

Hökumətə fərmanın icrası üçün zəruri olan vəsaitin federal büdcədə nəzərdə tutulması tapşırılıb. Silahlı Qüvvələrin sayı haqqında əvvəlki fərman qüvvəsini itirmiş hesab edilib.

Aysel Mətləb

XƏBƏR LENTİ
28 SENTYABR 2026
Bütün Xəbərlər