ABŞ administrasiyası Venesueladakı partlayışlardan xəbərdardır

ABŞ administrasiyası Venesueladakı partlayışlardan xəbərdardır
03.01.2026 11:55 Dünya

ABŞ Prezidenti Donald Trampın administrasiyası şənbə gününə keçən gecə Venesuelanın paytaxtı Karakasda baş verən partlayışlardan xəbərdardır.

TodayPress TV  xəbər verir ki, bu barədə "CBS News" mənbələrə istinadən bildirib.

"Mənbələrin məlumatına görə, Tramp administrasiyasının nümayəndələri Venesuelanın paytaxtı Karakasda səhər saatlarında baş verən partlayışlar və təyyarələrin uçuşları barədə məlumatlıdırlar", - bəyanatda deyilib.

Nəşr qeyd edib ki, ABŞ hakimiyyəti bu məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər