90 faizdən çoxu müsəlman olan ölkədə hicab qadağan edildi
Tacikistanda hicab, saqqal və bəzi ərəb geyimlərinin istifadəsi qanunvericilik səviyyəsində qadağan edilib.
TodayPress TV xəbər verir ki, yeni qaydalara əsasən, ölkə hakimiyyəti milli ənənələrə uyğun hesab edilməyən geyim və xarici görünüş elementlərinə nəzarəti daha da sərtləşdirib. Qadağa əsasən bəzi ərəb geyimləri, o cümlədən qara hicablar və onların ölkəyə idxalını əhatə edir.
Bundan əlavə, hüquq-mühafizə orqanları saqqallı kişilərə nəzarəti gücləndirib. Hakimiyyət bu görünüşü dini ekstremizm riski ilə əlaqələndirir.