69 mindən çox israilli ölkəsini tərk etdi
Dünya
01.01.2026 20:00
2025-ci ildə İsrailin Qəzzada HAMAS-a qarşı apardığı müharibənin nəticəsində 69 mindən çox israilli ölkəni tərk edib.
TodayPress TV xəbər verir ki, bu barədə İsrailin Mərkəzi Statistika Bürosu məlumat yayıb.
Məlumata əsasən, İsrailin ümumi əhalisi il ərzində 1,1 faiz artaraq rekord həddə – 10 milyon 178 min nəfərə çatıb. Bu artım tempi əvvəlki illə eyni olub və İsrail tarixində ən zəif artım göstəricilərindən biri hesab olunur.
Mərkəzi Statistika Bürosunun məlumatına görə, 2025-ci ildə ölkəyə təxminən 24 min 600 yeni immiqrant gəlib ki, bu da 2024-cü illə müqayisədə 8 min nəfər azdır. Bu rəqəm Bazar ertəsi Miqrasiya və İnkişaf Nazirliyinin açıqladığı 21 min 900 nəfərdən çoxdur. Azalmanın əsas səbəbi 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra kəskin artan Rusiyadan immiqrasiya axınının 2025-ci ildə əhəmiyyətli dərəcədə zəifləməsi olub.
tag: İsrail,Vətəndaş,Ölkə,Tərk,Todaypress.tv,
