5 israilli hərbçi öldürüldü, 14-ü yaralandı
HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Kassam briqadaları Qəzza zolağında İsrail əsgərlərini daşıyan zirehli maşına bombalı hücum təşkil edib.
TodayPress TV xəbər verir ki, hücumdan sonra yaralıları təxliyə etmək üçün bölgəyə daxil olan digər İsrail hərbçiləri də raket və uzun lüləli silahlarla hədəfə alınıb.
Döyüş səslərinin ardınca İsrail helikopterləri yaralı əsgərləri xəstəxanaya aparıb.
İsrail ordusu 5 hərbçisinin həlak olduğunu, 2-si ağır olmaqla 14 əsgərin yaralandığını açıqlayıb.
Qiymət Mahir