Tramp süni intellekt liderlərini Ağ Evə toplayır
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə süni intellekt üzrə sammitdə iştirak edəcək.
TodayPress TV xəbər verir ki, sammitdə “superintellekt”dən elmi kəşflərin sürətləndirilməsi və ABŞ-nin bu sahədə liderliyinin gücləndirilməsi məqsədilə istifadə məsələləri müzakirə olunacaq.
Tədbir çərçivəsində ABŞ administrasiyasının “Genesis Mission” təşəbbüsü çərçivəsində texnologiya sektorunun 1 milyard dollardan çox öhdəlik götürdüyünü açıqlaması gözlənilir. Təşəbbüsə AMD, “OpenAI” və “Anthropic” kimi şirkətlər də daxildir.
Bundan əlavə, ABŞ-nin cənub-şərqində yerləşən 10 ştatda 14 qurumu birləşdirəcək yeni hesablama mərkəzinin yaradılması elan ediləcək.
Kübra Musayeva