Rusiyada inflyasiya Mərkəzi Bankın proqnozunu keçib

Rusiyada inflyasiya Mərkəzi Bankın proqnozunu keçib
08.10.2026 01:05 Dünya

Rusiyada illik inflyasiya oktyabrın 5-nə olan məlumata görə, təxminən 7,1%-ə yüksəlib.

TodayPress TV Rusiya Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, sentyabrın 29-dan oktyabrın 5-dək ölkədə qiymətlər 0,96% artıb. Oktyabrın əvvəlindən qiymət artımı 0,9%, ilin əvvəlindən isə 5,94% təşkil edib.

İnflyasiyanın kəskin sürətlənməsi əsasən oktyabrın 1-dən kommunal xidmət tariflərinin indeksləşdirilməsi ilə bağlıdır. Ölkə üzrə tariflərin orta hesabla təxminən 10% artması gözlənilirdi.

Həftə ərzində ən yüksək artım kommunal xidmətlərdə qeydə alınıb. Kanalizasiya xidmətləri 17,1%, soyuq su 15,3%, isti su 14,2%, istilik 12,7%, elektrik enerjisi isə 12% bahalaşıb.

İqtisadi İnkişaf Nazirliyinin qiymətləndirməsinə görə, kommunal xidmətlər nəzərə alınmadıqda, həftə ərzində istehlak bazarında qiymətlər 0,21% artıb.

Bununla yanaşı, Rusiya Mərkəzi Bankı 2026-cı il üzrə inflyasiya proqnozunu 6-7% səviyyəsində saxlayır.

Gültac Mehdizadə

XƏBƏR LENTİ
08 OKTYABR 2026
Bütün Xəbərlər