Vəzifə verdiyi şəxsi bir neçə gün sonra işdən çıxardı

Vəzifə verdiyi şəxsi bir neçə gün sonra işdən çıxardı
22.12.2025 10:25 Cəmiyyət

Bir neçə gün əvvəl sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Əli Mahmudovun Nizami Tibb Mərkəzinin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə təyin edilməsi ilə bağlı xəbər yayımlamışdıq.

TodayPress TV Unikal-a istinadla xəbər verir ki, xəbər ictimailəşdikdən sonra Ə.Mahmudov işdən çıxarılıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Hələlik Əli Mahmudovun yerinə təyinat yoxdur.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər