“ÜTÜⁿ Aristotel" Forumu keçirildi

Cəmiyyət

21.12.2025 15:06

"ÜTÜ Qrup"un təşkilatçılığı ilə Dünya məktəbində “ÜTÜⁿ Aristotel” Forumu keçirilib.

TodayPress TV xəbər verir ki, tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə açılıb, daha sonra Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Forumu giriş sözü ilə Milli Məclisin deputatı Ceyhun Məmmədov açıb. O, çıxışında Azərbaycan dilinin saflığının qorunmasının vacibliyindən danışaraq bildirib ki, dil milli varlığın əsas göstəricisi olmaqla yanaşı, mədəniyyətin və mənəvi dəyərlərin daşıyıcısıdır.

Daha sonra “ÜTÜ Qrup”un icraçı direktoru Nizam Ağayev çıxış edərək qurumun 2025-ci ildə həyata keçirdiyi fəaliyyətlər barədə məlumat verib, həmçinin 2026-cı il üçün nəzərdə tutulan planları iştirakçıların diqqətinə çatdırıb.

Ardınca “ÜTÜ Qrup”un təsisçisi və direktoru Zaur Cahangirov forumda çıxış edib.

Tədbir daha sonra forumun spikerlərinin çıxışları ilə davam etdirilib. Çıxışlarda dil, ünsiyyət, düşüncə mədəniyyəti və cəmiyyətin intellektual inkişafı ilə bağlı müxtəlif mövzular müzakirə olunub.

Qiymət Mahir

tag: Forum ,ÜTÜ ,Diksiya ,Aristotel,Todaypress.tv,

photo
photo
photo
photo