“Spirtli içkidən zəhərlənmə mümkün deyil” – GİZLİ FAKTLAR

Cəmiyyət

09.10.2025 17:34

"Azərbaycanda kim zəhərlənirsə, kimə nə olursa, birbaşa deyirlər ki, spirtli içkilərdən zəhərlənib. Həqiqətdə isə belə deyil". 

Bu fikirləri şərabçı, professor Vüqar Mikayılov TodayPress TV-yə spirtdən zəhərlənmələrdən danışarkən şərh edib. 

Onun sözlərinə görə, spirtli içkilərdən zəhərlənmə ehtimalı çox çətindir:

"Bir insan normal spirtli içkidən zəhərlənməsi üçün gərək bir litrdən çox araq içsin ki, bu zaman zəhərlənmə halı yaransın. Ona görə də son dövrlər hər hadisəni spirtli içkilərlə əlaqələndirmək elmi baxımdan əsassızdır. Əgər bir masa arxasında bir neçə nəfər eyni anda zəhərlənirsə, bu, sadəcə spirtli içkidən qaynaqlana bilməz. Deməli, həmin şəxslər içki ilə bərabər başqa təhlükəli, narkoloji maddələr də qəbul ediblər. Bu, hətta ölümə səbəb ola bilər".

Professor ehtimal edir ki, bu cür xəbərlərin yayılması alkoqollu içkilərin istehsalına mane olmaq və ya insanları başqa asılılıqlara yönəltmək məqsədi daşıya bilər.

O əlavə edib ki, bu cür bəhanələrin məqsədi bəzən daha ciddi məsələləri ört-basdır etmək olur:

"Saxta araq istehsalçıları da keyfiyyətə müəyyən qədər əməl etməyə çalışır. Çünki bir dəfə keyfiyyətsiz məhsul buraxsalar, növbəti dəfə heç kim onlardan almayacaq. Buna görə də bu hadisələri "spirtdən zəhərlənmə" kimi təqdim etmək böhtandır. Əslində, bu halların çoxu narkotik və ya başqa maddələrlə bağlı ola bilər".

Vüqar Mikayılovun fikrincə, zəhərlənmələrin səbəbi düzgün araşdırılmalı və nəticələrə əsasən qərar verilməlidir.

Qeyd edək ki, son günlər mediada spirtdən zəhərlənənlərin artımı barədə məlumatlar yayılıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Vüqar Mikayılov,Professor,Spirtli İçki,Zəhərlənmə,Todaypress.tv,

photo