Sabah çimərliyə gedəcəksinizsə, bunu mütləq oxuyun
Abşeron çimərliklərində iyulun 5-də cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd olunub ki, dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti olacaq.