Red Bull Car Park Drift tam sürətlə yenidən Bakıda!

Red Bull Car Park Drift tam sürətlə yenidən Bakıda!
24.06.2025 12:05 Cəmiyyət

28 iyun, saat 18:00-da Dövlət Bayrağı Meydanının parkinq ərazisində Red Bull Car Park Drift tədbiri artıq dördüncü dəfə baş tutacaq.

TodayPress TV xəbər verir ki, yerli drifterlər sürət, texnika və vizual şou ilə dolu trasda bacarıqlarını nümayiş etdirəcəklər.

Onlar “Box”, “spiral”, “gate” və digər xüsusi maneələri keçərək maksimum 400 xal toplamağa çalışacaqlar. Ən yüksək nəticəni əldə edən sürücü isə 2026-cı ildə keçiriləcək Dünya Finalında Azərbaycanı təmsil edəcək.

Yarış Azərbaycan Avtomobil Federasiyası, Bakı Şəhər Halqası və CBC Sport-un dəstəyi ilə baş tutacaq.

Bu il yarışda unikal anlar yaşanacaq – drift ustası Abdo Feghali və stunt motosikletçi Aras Gibieža ilk dəfə ölkəmizdə eyni arenada çıxış edəcək və izləyicilərə unutulmaz bir şou təqdim edəcəklər.

Bilet əldə etmək istəyənlər www.redbull.az/bilet saytına daxil olmalıdırlar.

FOTOLAR

Red Bull Car Park Drift tam sürətlə yenidən Bakıda! — 1
Red Bull Car Park Drift tam sürətlə yenidən Bakıda! — 2
Red Bull Car Park Drift tam sürətlə yenidən Bakıda! — 3
Red Bull Car Park Drift tam sürətlə yenidən Bakıda! — 4
XƏBƏR LENTİ
31 MAY 2026
ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil etdi 21:44 Təl-Əvivdə etiraz aksiyası - yüzlərlə insan toplaşdı 21:28 Bütün Xəbərlər