ETSN-də növbəti qanvermə aksiyası keçirildi

ETSN-də növbəti qanvermə aksiyası keçirildi
31.07.2025 14:59 Cəmiyyət

Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyində növbəti qanvermə aksiyası keçirilib.

TodayPress TV xəbər verir ki, talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlara dəstək məqsədilə təşkil olunan qanvermə aksiyasında Nazirliyin əməkdaşları fəal iştirak edib.

Qanvermə prosesi “Respublika Qan Bankı” publik hüquqi şəxsin xüsusi tibb briqadasının həkim hemotoloqları tərəfindən həyata keçirilib və hər bir donorun sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra qan götürülüb.

FOTOLAR

ETSN-də növbəti qanvermə aksiyası keçirildi — 1
ETSN-də növbəti qanvermə aksiyası keçirildi — 2
XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər